“Xalq Vətən müharibəsi şəhidlərinin ziyarətinə gəlib, mənim övladımı da ziyarət edib, xatirəsini hörmətlə yad edir”.
Oxu.Az xəbər verir ki, bu fikirləri şəhid Cəbrayıl Dövlətzadənin atası Dövlət Dövlətzadə deyib.
O bildirib ki, dəyərlərimizi, qəhrəmanlarımızı hər zaman olduğu kimi bu gün də unutmamalıyıq:
“Unutmaq bizim xalqa xas olan xüsusiyyət deyil”.
O, Anım Günü ilə əlaqədar şəhidlərin məzarını ziyarət edənlərə minnətdarlığını bildirib:
“Bu, bizə mənəvi dəstəkdir. Bu gün qazilərimizə, veteranlarımıza baxanda Cəbrayılı görürəm. Allah bir daha valideynlərə belə acı göstərməsin. Şəhid ailələri və qazilərə göstərilən dəstəyə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.
Könül Cəfərli
www.102info.az