Biləsuvarın Aşağı Cürəli kəndi Vətən Müharibəsi Qəhrəmanı Cavid Mahmudovun xatirəsinin əbədiləşdiyi ata yurdu, uşaqdan-böyüyə hər kəsin ehtiramla ziyarət etdiyi məkandır.
Şanlı Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində onun da payı var.
Oxuduğu məktəbdə, mərdliyi ilə sevildiyi kənddə heç kim bilmirdi ki, gələcəyin qəhrəmanı ilə üzə-üzə, çiyin-çiyinədir. Yüzlərlə igid şəhidimiz kimi onun da laylasını qulağına sanki anasından öncə Vətən pıçıldamışdı.
Şəhid atası da qəhrəman oğlundan qürurla söz açır. Çiyinlərinin yükü nə qədər ağır olsa da, “Cavid arzusuna çatdı” deyir. Cavid Mahmudov tabeliyində olan əsgərlərə hər zaman “qisas alın yazımızdır” deyərmiş və bu alın yazısı 2020-ci il sentyabrın 27-də reallaşır. İlk azad olunan kəndlər, Cəbrayıla sancılan müqəddəs bayrağımız. Cavid də əsgərləri ilə öndədir. Canı, qanı bahasına həm tarix yazır, həm də adını tarixə yazır…
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
www.102info.az