Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar Səbail rayonu, Salyan şosesində ağacəkmə aksiyası təşkil olunub.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən aksiyada 300-dən artıq müxtəlif növ ağaclar əkilib, onların mühafizəsi üçün qoruyucu zolaqlar çəkilib, əvvəl əkilmiş gül və yaşıllıqlara qulluq göstərilib.


www.102info.az