Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılır – SİYAHI

Cəmiyyət

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.

Yeni hərəkət cədvəllərini sizə təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir