Hadrut qəsəbəsində 27 Sentyabr – Anım Günündə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib.
APA xəbər verir ki, Anım Günü ilə bağlı keçirilən tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyin əməkdaşları, hərbçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, Xocavənd rayonu ərazisində fəaliyyət göstərən şirkət və qurumların əməkdaşları iştirak edib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 30 illik həsrətə 44 gündə son qoyaraq, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir zamanı şəhidlərimizin ölməz ruhlarına ucaldılan abidənin önünə gül dəstələri qoyularaq, Vətən müharibəsinin başlandığı tarix, eləcə də şəhidlərimizin əziz xatirəsi böyük qürur hissi ilə anılıb.
www.102info.az