Abşeronda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Fatmayı kəndindəki evlərin birindən 35 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən kənd sakini Cavidan Əliyarov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az