Quba rayonunda təcili tibbi yardım maşınlarında xəstələrə videomüşahidə ilə anında yardım aparmaq mümkün olacaq.
Bu barədə Oxu.Az-a Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əlyar Sərvərov deyib.
O bildirib ki, pilot layihə ilk dəfə Qubada tətbiq edilir.
Ə.Sərvərov onu deyir ki, hazırda iki təcili tibbi yardım maşınına kamera quraşdırılıb:
“Bu, imkan verir ki, xəstənin profilinə uyğun xəstəxanada olan həkim təcili yardım həkiminə anında müdaxilə etməsi üçün göstərişlər versin. Anında yardım göstərilməklə həm xəstənin həyatı qurtarılır, həm də o ən yaxın tibb mərkəzinə çatdırılır”.
Direktor bildirib ki, layihə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilib:
“Uğurlu olarsa, respublika üzrə tətbiqi nəzərdə tutulur. Bu ölüm hallarının azalmasına səbəb olacaq. Məsələn, layihənin tətbiqinə başlanandan Qubada ölüm hallarında kifayət qədər azalma var”.

www.102info.az