Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.
“Qafqazinfo” xəbər verir ki, xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək bort-kompüter vasitəsilə yoxlayıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.
www.102info.az