Bakıda gözəllik salonundan və mağazadan oğurluq edən qadın saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Cavid prospektində yerləşən bir gözəllik salonundan içərisində 470 manat olan pulqabı və bir mağazadan 110 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Səbinə Ağayeva müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az