Abşeron rayonunun Mehdiabad qəsəbəsində hündürmərtəbəli yaşayış binasının zirzəmisində 48 ədəd sayğac və şaxtadan keçən kabellər yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 6 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxu.Az hadisə yerindən olan görüntüləri təqdim edir:
www.102info.az