Bakıda 13 və 14 yaşlı qız uşaqları itkin düşüblər.
APA xəbər verir ki, 2009-cu il təvəllüdlü Ülviyyə Həsənzadə ötən gün hazırlığa getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Bundan başqa, 2008-ci il təvəllüdlü Gülnaz Cavadova Nizami rayonu ərazisində yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Hazırda Nizami Rayon Polis İdarəsində araşdırma gedir.
www.102info.az