“Bakı şəhərində küçədə gecələyən iki yeniyetmənin ailələri tapılıb”.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, saxlanılan azyaşlılarla bağlı müvafiq tədbirlər görülür:
“Hər iki uşağın ailəsi dilənçilik və tüfeyli həyat tərzi sürür. Yevlax rayonunda qeydiyyatda olan ailələr məşğulluq və sosial yardım proqramlarından imtina ediblər. Hazırda həmin uşaqların valideynləri müəyyən olunublar. Onlarla bağlı dəfələrlə müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq, həmin valideynlər bundan nəticə çıxarmayıblar”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı şəhəri, Səməd Vurğun küçəsində iki yeniyetmənin küçədə gecələməsi ilə bağlı görüntülər yayılıb.
İlhamə Əbülfət
www.102info.az