Qızılağac Milli Parkında seminar-müşavirə keçiriləcək

Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə bu gün Qızılağac Milli Parkının yaranması günü ilə əlaqədar milli parka jurnalistlərin səfəri təşkil edilib.

Oxu.Az-ın məlumatına görə, səfər çərçivəsində Qızılağac Milli Parkında “Xüsusi mühafizə olunan təbiət ərazilərinin potensialı, genişləndirilməsi, mühafizəsi və ekoturizmin inkişafı” mövzusunda seminar-müşavirə keçiriləcək.

Tədbir çərçivəsində Qızılağac Milli Parkındakı Kiçik Qızılağac körfəzinə çəkikimi balıq körpələrinin buraxılması nəzərdə tutulub.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir