Qənirə Paşayeva rəsmi nikahı olmayan şəhid xanımları ilə bağlı məsələ qaldırdı

Cəmiyyət

“Bəzi şəhidlərimiz evlənib, ailə qurub, amma rəsmi nikahda olmayıblar”.

Oxu.Az-ın məlumatına əsasən, Milli Məclisin iclasında deputat Qənirə Paşayeva bununla bağlı məsələ qaldırıb. 

Onun sözlərinə görə, qeyri-rəsmi nikahı olan şəhidlərin həyat yoldaşları da şəhid ailəsi kimi tanınmalıdırlar:

“Mənə belə bir şəhid xanımı müraciət etmişdi. Övladına şəhid övladı statusu tanınır, amma xanıma müvafiq status verilmir. O, körpə övladı ilə sabah ev növbəsinə durmalıdır, ona görə status vacib hal alacaq”.

Deputat bildirib ki, bir neçə şəhid ailəsi də eyni problemlə üzləşib.

“Mən xahiş edirəm, bu məsələyə baxılsın”, – deyə o təklif edib. 

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir