Hirkan Milli Parkında araşdırma aparılması ilə bağlı məsələyə direktordan REAKSİYA

Cəmiyyət

Hirkan Milli Parkında aparılan araşdırmalarla bağlı yayılan məlumatlara aydınlıq gətirilib. 

Oxu.Az-a açıqlama verən parkın direktor Aqil Sucayev bildirib ki, Milli Parkda araşdırmalar aparılır:

“Hüquq-mühafizə orqanlarına Hirkan Milli Parkı ərazisində qanunsuz ağac kəsilməsi ilə bağlı məlumat daxil olub. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları məni dəvət etdilər. Hadisə barədə mənim də izahatım alındı. Mənim saxlanılmağım, həbs olunmağımla bağlı yayılan məlumat həqiqəti əks etdirmir. Hazırda vəzifəmi icra edirəm. Sadəcə ağac qırılması ilə bağlı müəssisə rəhbəri kimi mən də dəvət olunmuşam, izahat vermişəm”.

“Aparılan araşdırmaların nəticəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”, – deyə o  bildirib.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir