Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs cəzalandırıldı

Cəmiyyət

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları 25.09.2022-ci il tarixində VAZ-2103 markalı, 10-HM-947 dövlət qeydiyyat nişanlı avtomobili ödənilməyən cərimə borclarına görə saxlayarkən sürücünün davranışları və zahiri görkəmi onun narkotik vasitələrdən istifadə etdiyinə əsaslı şübhələr yaratdığı üçün nəqliyyat vasitəsi duracağa yerləşdirilib, sürücünün isə tibbi müayinədən keçməsi təmin edilib.

Bu barədə Oxu.Az-a BDYPİ-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Müayinə zamanı 1986-cı il təvəllüdlü, Astara rayonunda qeydiyyatda olan Asif Cabbarovun sözügedən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub.

A.Cabbarov barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə A.Cabbarov nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 10 gün müddətinə inzibati qaydada həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir