Bakının Xəzər rayonunda dava zamanı bir nəfər güllələnib.
APA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində qeydə alınıb.
1994-cü il təvəllüdlü Piriyev Tural Xanlar oğlu naməlum şəxs tərəfindən ov tüfəngi ilə güllələnib.
O sağ baldır və qarın nahiyyəsinin güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
www.102info.az