Tərtərdə iki nəfər rayon sakini – 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfayıl Köçəri oğlu minaya düşüb.
APA-nın məlumatına görə, hadisə rayonun “Üçüncü sovxoz” adlanan ərazisində baş verib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Yaralıların ayaqlarının amputasiya edildiyi bildirilir.
www.102info.az