Azərbaycanın avtomobil yollarındakı vəziyyət açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 3-də gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Bakı-Ələt-Astara, Yevlax-Xocalı-Laçın, Gəncə-Kəlbəcər-Laçın, Gəncə-Daşkəsən, Şuşa-Füzuli, Xankəndi-Xocavənd, Ucar-Zərdab-Ağcabədi, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Salyan-Neftçala magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.
www.102info.az