İsmayıllı rayonunda məktəbli bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, 2003-cu il təvəllüdlü Hafiz Nəbiyev 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə bıçaqla xəsarət yetirib.
N.Fətəliyev X sinif şagirdidir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxs saxlanılıb:
“Məhkəmə-tibbi ekspertiza təyin olunub və faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırmalar davam etdirilir”.
İlhamə Əbülfət
www.102info.az