Məktəblilərə ehsan adıyla konfet kağızının paylanması iddiasına DİN-dən REAKSİYA – YENİLƏNİB + AUDİO

Cəmiyyət

Məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb.

Bu barədə Oxu.Az-a DİN-dən məlumat verilib.

“Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib. Daha sonra guya “narkotik”in məktəbin ətafında tanmadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məşhurlaşmaq üçün yayıb.

Sonda valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”, – deyə qurumdan bildirilib.

16:32

Son vaxtlar ehsan adıyla məktəbli uşaqlara konfet kağızında naməlum qida verilməsi barədə iddialar səslənir.

Oxu.Az xəbər verir ki, iddialara görə, belə hadisələrdən biri də Xətai rayonu (Əhmədli qəsəbəsi), 95 nömrəli orta məktəb şagirdinin başına gəlib. Bu barədə Facebookda paylaşım edən şəxs valideynləri ehtiyatlı olmağa səsləyib:

“Yaxın bir tanışım danışdı. Dünən dərs çıxışı zamanı oğlunun sinif yoldaşının qardaşına şəhid ehsanı adıyla konfet veriblər, uşaq götürmək istəməyib, ancaq əlinə tutuşdurublar ki, şəhidin ruhu inciyər səndən. Uşaq da konfeti götürüb, nə yaxşı ki yeməyib, aparıb, anasına verib. Hazırda polisə müraciət edilib, araşdırma aparılır”.

Qeyd edək ki, hadisə ilə bağlı məktəb müəllimləri arasında da audio yayılıb. 

Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir