Edillidə 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar ərazidən bu gün və sabah götürüləcək

Cəmiyyət

“Xocavənd rayonunun Edilli kəndi ərazisində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar aşkarlanmış ərazidən bu gün və sabah götürüləcək”.

Bunu “Report”un Xocavəndə ezam olunmuş əməkdaşına açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, baxış protokolu başa çatdırılandan sonra əraziyə qutular gətiriləcək:

“Daha sonra qalıqlar qutulara şəxsi əşyaları, nömrələri ilə qoyulacaq. Sonra isə Hərbi Prokurorluğun qərarları ilə birlikdə maddi sübutlar Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin kriminalistika şöbəsinə təqdim ediləcək. Müayinələr bitdikdən sonra skelet sümükləri və faktlar xüsusi qutularda xüsusi şəraitdə saxlanılacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir