“Turkish Airlines” aviaşirkətinin təyyarəsi texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb

Cəmiyyət

“Turkish Airlines” aviaşirkətinin THY-333 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına – Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıdıb. 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidməti məlumat yayıb.

Aviaşirkətin “Boeing 737” təyyarəsi yerli vaxtla saat 13:00-da Bakı hava limanına uğurla eniş edib.

www.102info.az