Britaniya şirkəti Cəbrayılın dirçəldilməsində iştirak etmək istəyir

Cəmiyyət

Böyük Britaniyanın “Chapman Taylor” şirkəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki şəhərsalma işlərində iştiraka maraq göstərir.

Oxu.Az-ın məlumatına əsasən, bunu Ağdamda keçirilən Milli Şəhərsalma Forumunda şirkətin direktoru Marselina Zielinska deyib. 

O, təmsil etdiyi şirkətin Şuşanın baş planının hazırlanmasında iştirak etdiyini və Azərbaycan hökumətinə təkliflər verdiyini bildirib.

Marselina Zielinska onu da söyləyib ki, şirkət Cəbrayılın baş planının hazırlanmasında da iştirak etmək istəyir. 

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir