ASCO “Səbail”in legionerləri ilə bağlı iddialara aydınlıq gətirib

Cəmiyyət

“Bəzi KİV-lərdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının yataqxanasından oğlan tələbələrin hamısının çıxarılması, otaqların isə “Səbail” futbol klubunun legioner üzvlərinə verilməsinə dair yayılan məlumat həqiqəti əks etdirmir”.

Bu barədə ASCO-nun yaydığı məlumatda qeyd edilib.

“ASCO olaraq bildiririk ki, ADDA-nın yataqxanası ümumilikdə 312 yerlikdir. Hazırda burada 292 tələbə yaşayır. Yay aylarında dərs olmadığı müddətdə adıçəkilən klubun legioner oyunçuları deyil, 20 nəfər uşaq futbol komandasının üzvləri yataqxanada müvəqqəti yerləşdirilmişdi.

Yeni tədris ilinin başlanması ilə əlaqədar rəhbərliyin tapşırığına uyğun olaraq “Səbail”in Uşaq Futbol Akademiyasının üzvlərinin yataqxanadan çıxarılması prosesinə başlanılıb. Yaxın günlərdə həmin 20 yerə müraciətlərə uyğun tələbələr yerləşdiriləcəklər”, – deyə açıqlamada qeyd edilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir