“Azəristiliktəchizat”dan vətəndaşlara ÇAĞIRIŞ – CANLI YAYIM

Cəmiyyət

“İsti su xidmətlərindən istifadə edərkən vətəndaşları məsuliyyətli olmağa çağırırıq. Bəzən istilik enerjisini vermək üçün su daşıyıcılarından ehtiyatsız istifadə dövlətimizə maddi ziyan vurur. Əgər su itkisi varsa, biz sistemə yenidən su vurmalıyıq, bu, yenidən mavi qazdan istifadəmizə səbəb olur ki, bu da şirkətimizə külli miqdarda ziyan vurur”.

Oxu.Az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib. 

“Bəzən sakin boru xəttini isti su xəttinə birləşdirir və günlərlə neçə ton suyu istifadə edir. Bu da bizdə həm mavi qaz, həm də su itkisinə səbəb olur. Sistemdə istiliyin verilməsində problem yaradır, ona görə də onları ehtiyatlı olmağa çağırırıq. Təmir-tikinti işlərində mənzildaxili istilik sistemini qorumaq lazımdır. Ona zərər vurulmamalıdır. 

Qeyri-peşəkar şəkildə tikilən mənzillərdə buna riayət olunmur. Bəzən yeni inşa edilən özəl mənzillərdə də istilik sisteminin işləməməsi problemi yaşanır. Ona görə də tikinti şirkətləri bu məsələdə diqqətli olmalıdırlar”, – deyə əlavə edib.

Sayad Həsənli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir