“Biz 4 000 məktəbdən sadəcə 250-nə istilik xidməti göstəririk. Özümüzə aid olan bütün məktəblər də tam şəkildə istiliklə təmin olunur”.
Oxu.Az xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin müşaviri Ramil Məhərrəmov deyib.
O bildirib ki, digər məktəblərin istilik təchizatı üçün Təhsil Nazirliyi ilə əvvəlcədən danışırıq:
“Oradakı problemlər nazirlik tərəfindən aradan qaldırılmalıdır. Çünki onların balansındadır”.
Sayad Həsənli
www.102info.az