Sumqayıtda azyaşlıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, oktyabrın 5-də şəhərin 6-cı mikrorayonu ərazisində beş yaşlı qızın qızıl sırğası soyğunçuluq yolu ilə talanıb.
Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
www.102info.az