Füzulidə yeni yarımstansiyaların inşası nəzərdə tutulur – FOTO

Cəmiyyət

“Gələcəkdə Füzuli rayonunda əhalinin artımını və tələbatı nəzərə alaraq yeni yarımstansiyaların inşası nəzərdə tutulur”.

“Report”un Füzuliyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib.

“Hazırda Füzulidə inşası davam etdirilən yarımstansiya ənənəvi yarımstansiyalardan effektivdir. Bu yarımstansiyalarda əməliyyat çevikliyi çox yüksəkdir, istənilən məlumatlar rəqəmsal formatda alınır və vahid rəqəmsal platformaya inteqrasiyası asanlaşır. Yəqin ki, bilirsiniz, “yaşıl enerji” zonasının öz tələbləri var. O tələblərdən biri də yarımstansiyaların rəqəmsal formatda idarə olunmasıdır. Bərpa olunan enerji mənbələrinin həmin yarımstansiyalara inteqrasiya olunması üçün müvafiq rəqəmsal mühit yaradılır”, – o deyib.

“Azərişıq” rəsmisi əlavə edib ki, Füzulidə tikilən yarımstansiya mövcud tələbatı tamamilə qarşılayır.

Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya və İdarəetmə Mərkəzinin təməlini ötən il oktyabrın 17-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva qoyublar. 35/0,4 kilovoltluq 2×2500 kilovatt gücündə olan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir