Əfqanıstanda universitet professorunu qarət edib öldürdülər

Əfqanıstanın şərqindəki Cəlilabad şəhərindəki özəl tibb tədris müəssisəsində dərs deyən professor Nemətullah Vəli öldürülüb.

Yerli mənbələr yazır ki, bir qrup silahlı şəxs əvvəl N.Vəlinin pulunu və telefonu qarət edib.

Daha sonra professoru oğurlayaraq özləri ilə aparan naməlum şəxslər onu şəhər ətrafına çıxararaq bıçaqlayıblar.

Nemətullah Vəli xəstəxanada dünyasını dəyişib.

“Taliban”ın təhlükəsizlik rəsmiləri hadisəyə hələlik reaksiya verməyiblər.

Mənbə: Thefrontierpost.com

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.