Ərdoğan: “İsveç və Finlandiyanın NATO-ya daxil olmasına “Hə” deməyəcəyik”

İsveç və Finlandiyanın NATO-ya daxil olmasına “hə” deməyəcəyik.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzair prezidenti Əbdülməcid Təbbunla birgə mətbuat konfransında bildirib.

“Hər iki ölkənin terror təşkilatlarına qarşı dəqiq mövqeyi yoxdur. Aparıcı NATO ölkələri Yunanıstanı dəstəkləyirmi, bəli. Biz onlara necə inanacağıq? İsveç artıq terror təşkilatları üçün inkubasiya mərkəzidir. Parlamentlərində PKK tərəfdarları var. Bazar ertəsi Türkiyəyə gələcəklər. Yorulmasınlar. Türkiyəyə sanksiya tətbiq edənlərin təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmasına “Hə” deməyəcəyik. Bir dəfə sancıldığımız yerdən təkrar sancılmarıq”, – deyə dövlət başçısı bəyan edib.

Mənbə: “Haber Global”

www.RIA24.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.