Əvvəl və indi: Vəzifədə qocalan liderlər – FOTOLAR

Dünya lideri olmaq böyük məsuliyyət tələb edir. Bu, həm də yorucu günlər, çətin qərarlar və davamlı yüksək təzyiqli iş mühiti deməkdir. Adətən belə gərgin rolların intensivliyi liderləri vəzifədə olduqları müddətdə qocalda bilir.

Prezident, baş nazir və ya ali lider olmaq heç bir halda gənc qalmağın zəmanətli yolu deyil.

Seçki dövrləri, siyasi kompromislər, uzun günlər və çətin qərarlar dünya liderlərinin hər gün qarşılaşmalı olduqları hadisələrin yalnız bir neçəsidir.

Tədqiqatların nəticələri göstərir ki, hökumət başçısı olmaq əksər hallarda liderləri risklə üz-üzə qoyur. Məlumata görə, hökumət başçısı vəzifəsində çalışmış məmurlar digər namizədlərdən təxminən 4 il az yaşayıblar. Əlbəttə, ağır iş rejimi, çətin vəziyyətlərdən çıxmaq üçün verilən qərarların stresi onların görkəmində də özünü göstərir.

Ria24.az dünya liderlərinin ilk seçildikləri vaxtdan necə qocaldığını göstərən fotoşəkilləri təqdim edir:

Kraliça II Yelizaveta dünyanın ən uzun ömür sürən monarxıdır. Bu fotoda o, 1957-ci ildə, kraliça olduqdan beş il sonra, yəni 30 yaşındadır.

96 yaşında olan kraliça uzun yol qət etməsinə baxmayaraq, hələ də gülümsəyir.

Ekvatorial Qvineya prezidenti Teodoro Obiang Nguema 1979-cu ildə hərbi çevrilişdən sonra hakimiyyətə gəlib. O, hazırda dünyanın ən uzun müddət hakimiyyətdə olan liderlərindən biridir.

O, 43 illik prezidentlik həyatından sonra hələ də hakimiyyətdədir.

1981-ci ildə Ayətullah Əli Xamenei 42 yaşında İranın prezidenti olub. O, 1989-cu ilə qədər bu vəzifədə çalışıb. İndi isə İranın ali lideridir.

Ali lider iyulda artıq 80 yaşını qeyd edəcək.

ABŞ-ın sabiq prezidenti Donald Trampın 2017-ci ilin yanvarında inauqurasiya günündə çəkilən foto…  O, vəzifəyə gələndə 70 yaşında idi.

Bu foto isə prezidentliyinin üçüncü ilində çəkilib. Görünür, prezidentlik dövrü onun üçün çətin keçib.

Böyük Britaniyanın keçmiş baş naziri Tereza Mey 2016-cı ildə xaotik siyasi dövrdə hakimiyyətə gəlib, İngiltərə Avropa Birliyinin tərkibində qalıb-qalmamaq barədə qərar qəbul edib.

Stressli üç ildən sonra – 2019-cu ildə baş nazir vəzifəsindən istefa verib.

Qeyd edək ki, hazırda baş nazir vəzifəsini Boris Conson yerinə yetirir.

Hindistanın baş naziri Narendra Modi 2014-cü ildə tarixi qələbə ilə vəzifəyə seçilib. Onun bu foto çəkilən zaman 63 yaşı vardı.

Görünür, lider çox da dəyişilməyib.

Si Cinpinq 2012-ci ildə Kommunist Partiyasının baş katibi seçildikdən sonra 2013-cü ildə Çinin prezidenti olub. Onun burada 59 yaşı var.

Liderin saçlarının tez ağardığını görürük.

Venesuela prezidenti Nikolas Maduro 2013-cü ildə keçmiş prezident Uqo Çavesin ölümündən sonra 50 yaşında hakimiyyətə gəlib.

Burada prezidentin 59 yaşı var.

Şimali Koreyanın ali lideri Kim Çen In 2011-ci ildə atası Kim Çen İrin ölümündən sonra dünyanın ən gənc liderlərindən biri kimi hakimiyyətə yiyələnib. 30 yaşında o, nüvə arsenalını və çoxlu insan haqları pozuntularını “miras” alıb.

2018-ci ildə Pekinə səfəri onun lider olduqdan sonra Şimali Koreyadan kənara ilk ziyarəti idi…

Almaniyanın eks-kansleri Angela Merkel ölkənin ilk seçilmiş qadın lideri olaraq 2006-cı ildə 51 yaşında hakimiyyətə gəlib.

O, bir müddət əvvəl Almaniya kanslerliyindən gedib…

Yaponiyanın baş naziri Şinzo Abe 2006-cı ildə vəzifəyə seçilib, lakin bir ildən sonra səhhətində yaranan problemləri əsas gətirərək istefa verib.

O, 2012-ci ildə yenidən baş nazir seçilib və 2019-cu ildən Yaponiyanın ən uzun müddətli Baş naziri olmaq yolundadır. Abe hazırda 64 yaşındadır.

Rəcəb Tayyib Ərdoğan 11 il Baş nazir vəzifəsindən sonra 2014-cü ildə Türkiyə prezidenti seçilib. Bu foto 2002-ci ilə aiddir.

Bu foto isə 2021-ci ildə lentə alınıb…

Rusiya lideri Vladimir Putin 1999-cu ildə baş nazir olub. 2000-ci ildə Boris Yeltsin istefa verəndən sonra prezident seçilib. Təqdim etdiyimiz fotoda onun 47 yaşı var idi.

Bu şəkil isə 66 yaşına, yəni hakimiyyətə gəldikdən təxminən iyirmi il sonraya təsadüf edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.