Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə ad günü münasibətilə “Belarus” traktoru hədiyyə edib.
Yubiley hədiyyəsi barədə Lukaşenko özü jurnalistlərə danışıb.
“Özüm işlətdiyim traktordandır – “Belarus”dur. Ən yaxşısıdır. Əl işidir”, – deyə o qeyd edib.
“Bütün qoşquları ilə?”, – deyə jurnalistlərdən biri müxtəlif əlavələri olan maşınla maraqlanıb.
“Qoşqular, bilirsiniz, milyonlarladır. Buna görə də seçimdən asılıdır. Amma mən ona bir qoşqu təklif edəcəyəm – toxumsəpən. Taxıl əkəcəyik. Başqa bir şey də ola bilər. Bu traktor universaldır”, – deyə Lukaşenko bildirib.
Mənbə: Lenta.ru
www.102info.az