İran Xarici İşlər Nazirliyi bir saat öncə İranın Danimarkadakı səfirliyinin binasına “bıçaqla silahlanmış” şəxsin daxil olduğunu bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, xarici işlər naziri bununla bağlı İranın Kopenhagendəki səfiri və səfirliyinin təhlükəsizliyinin təmin edilməməsini tənqid edib və deyib:
“Təəssüf ki, Avropanın mərkəzində diplomatik toxunulmazlığı olan xanım və səfirə qarşı belə bir hücum həyata keçirilir və polis vaxtında gəlmir”.
www.102info.az