Zelenski Aİ-ni Rusiyadan tam müstəqilliyə çağırıb

Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Aİ ölkələrini siyasət, iqtisadiyyat və enerji sahələrində Rusiyadan müstəqillik kursuna başlamağa çağırıb.

O, bu barədə Monteneqro Təhlükəsizlik Forumu üçün videomüraciətində bildirib.

“Avropanın bütün dövlətləri Rusiyanın istənilən təsir şəbəkələrini dağıtmalıdır ki, dezinformasiya, korrupsiya və cinayət siyasəti yayılmasın. Balkanlar üçün bu, bizim regionumuzdan heç də az əhəmiyyət kəsb etmir”, – deyə Zelenski bildirib.

O qeyd edib ki, bütün Avropa ölkələri öz aralarında müttəfiqlik və əməkdaşlığı gücləndirərək Rusiyadan tam müstəqilliyə nail olmalıdırlar.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir