Qırğızıstanın Müdafiə Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ölkə ərazisindəki “Sarsılmaz qardaşlıq – 2022” komanda-qərargah təlimlərini ləğv edib.
Məlumata görə, təlimlərin keçirilməsi oktyabrın 10-dan 14-dək Edelveys mərkəzində planlaşdırılıb. Onların ləğvi səbəbləri açıqlanmayıb.
Təlimlərə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistanın sülhməramlı kontingentləri cəlb edilməli idi.
Qeyd edək ki, KTMT-nin sülhməramlı qüvvələri ilə “Sarsılmaz Qardaşlıq” təlimləri 2012-ci ildən keçirilir.
Mənbə: TASS
www.102info.az