Bütün Ukrayna ərazisində hava həyəcanı: Raket hücumunun ikinci dalğası başladı – YENİLƏNİB + FOTO/VİDEO

Dünya

Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.

Ölkənin Lvov, Dnepr şəhərlərinə də raket zərbələri endirilib. Bir sıra mətbuat orqanları hazırda raket hücumlarının növbəti dalğasının başladığını qeyd edir.

 

10:54

Rusiya ordusu Ukraynanın Zaporojye və Slavyansk şəhərlərini raket atəşinə məruz qoyub.

Zaporojyeyə edilən hücumu nəticəsində bir nəfər ölüb, beş nəfər yaralanıb.

Ukraynanın Slavyansk şəhərinə edilən hücum nəticəsində isə dörd sakin həyatını itirib.

Məlumatı Slavyansk şəhərinin meri Vadim Lyaxın yayıb.

V.Lyaxın bildirib ki, Rusiya ordusu şəhərin mərkəzi hissəsini vurub, yaşayış binalarına ciddi ziyan dəyib.

Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyev ağır bombardmana məruz qalıb. 

Mənbə: Unian

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir