İqtisadiyyat üzrə Nobel Mükafatının builki laureatları amerikalı alimlər Ben Bernanke, Duqlas Daymond və Filip Dibviqdir.
Oxu.Az-ın məlumatına görə, bu barədə Nobel komitəsinin “Twitter” hesabında məlumat verilib.
Bildirilir ki, onlar “bankların iqtisadiyyatda, xüsusən də maliyyə böhranları zamanı rolu ilə bağlı araşdırmalara görə” iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər.
Xatırladaq ki, oktyabrın 3-də Nobel mükafatının təqdimat mərasimi keçirilib. Artıq “Fiziologiya və ya tibb”, Fizika, Kimya və Ədəbiyyat üzrə Nobel Mükafatı laureatlarının adları açıqlanıb. Oktyabrın 7-də isə Nobel Sülh Mükafatının laureatları məlum olub.
BREAKING NEWS:
The Royal Swedish Academy of Sciences has decided to award the 2022 Sveriges Riksbank Prize in Economic Sciences in Memory of Alfred Nobel to Ben S. Bernanke, Douglas W. Diamond and Philip H. Dybvig “for research on banks and financial crises.”#NobelPrize pic.twitter.com/cW0sLFh2sj— The Nobel Prize (@NobelPrize) October 10, 2022
www.102info.az