İranda bir neçə hökumət məmuru öldürülüb

Dünya

İranda bir neçə hökumət məmuru öldürülüb.

Onların etirazçılar tərəfindən qətlə yetirildiyi iddia olunur.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Zəncan şəhərində kütləvi etirazlar zamanı İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) bağlı yarımhərbi radikal “Bəsic” birləşməsinin üzvü Qulamrza Bamdadi öldürülüb. Bununla yanaşı Tehranda Səlman Əmirəhmədi adlı “Bəsic” üzvünün də qətlə yetirildiyi bildirilir.

İran mediasının verdiyi xəbərə görə, Kürdüstan əyalətinin Sənəndəc şəhər Polis İdarəsinin rəis müavini Rəsul Bərzuyi də həyatını itirib. Tehran şəhərinin 9-cu bölməsinin 209-cu Bəsic bölməsinin komandiri Əlirza Həbibzadeqanın da öldürüldüyü qeyd olunur.

Sözügedən şəxslər son 2 gündə həlak olublar. Bir sıra məlumatlara görə, onlardan ikisi xüsusi təyinatlı qüvvələrin xalqa açdığı atəş zamanı güllə yarası alaraq ölüblər.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir