“XXI əsrdə belə hərəkətlər yolverilməzdir. Mən Kiyevə hücumları ən sərt şəkildə qınayıram”.
Oxu.Az-ın məlumatına görə, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel özünün “Twitter” hesabından bildirib.
O, Rusiyanın Kiyev və Ukraynanın digər şəhərlərində mülki şəxslərə hücumundan dərindən sarsıldığını bildirib.
“Biz Ukraynanı dəstəkləyirik. Aİ-dən əlavə hərbi dəstək yoldadır”, – deyə diplomat vurğulayıb.
Deeply shocked by Russia’s attacks on civilians in #Kyiv and other cities in Ukraine.
Such acts have no place in 21st century. I condemn them in the strongest possible terms.
We stand with Ukraine. Additional military support from the EU is on its way.
— Josep Borrell Fontelles (@JosepBorrellF) October 10, 2022
www.102info.az