Kiyevlilərlə eyni sığınacaqda gizlənən Almaniya səfiri: “Burada hökm sürən sakitliyə heyranam” – FOTO

Dünya

Almaniya səfiri Anka Feldhusen oktyabrın 10-da səhər saatlarında Kiyevə kütləvi raket hücumu zamanı yüzlərlə kiyevli ilə eyni sığınacaqda gizlənib.

O, bu barədə öz “Twitter” səhifəsində yazıb.

“Yüzlərlə kiyevli ilə birlikdə sığınacaqdayıq. Rusiya Kiyevin mərkəzindəki uşaq meydançalarını atəşə tutarkən burada hökm sürən sakitliyə heyranam”, – deyə Anka Feldhusen qeyd edib.

Almaniya səfirliyi Opera Teatrının və Kiyev Milli Universitetinin qırmızı binasının ərazisində dağıntıların baş verdiyi ərazidə yerləşir.

Qeyd edək ki, Ukrayna paytaxtına yenicə səfərə gəlmiş Avropa İttifaqının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders də sığınacaqda gizlənməyə məcbur olub.

Mənbə: Yevropeyskaya pravda

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir