“Rusiya tərəfindən ukraynalı uşaqların oğurlanması hərbi cinayətdir və xüsusi beynəlxalq tribunalda mühakimə edilməlidir”.
Bu barədə uşaq hüquqları üzrə polşalı spiker Nikolay Pavlyak “Polşa radiosu 24” radiosunun efirində bildirib.
Spikerin sözlərinə görə, beynəlxalq tribunal Rusiyanı ukraynalı uşaqların oğurlanmasına görə mühakimə etməlidir. Qaçırılan ukraynalı uşaqların çoxu Rusiya ailələri tərəfindən götürülür. O, bu yolla Rusiyanın beynəlxalq konvensiyaları pozduğunu qeyd edib.
“Bu, cinayətdir, müharibə cinayətlərindən biridir. Bu barədə yüksək səslə çatdırmaq lazımdır. Təkcə qətl və işgəncələr deyil, gənc nəslin seçilməsi də müharibə cinayətidir. Bunu unutmaq olmaz və Rusiya buna görə mühakimə olunmalıdır. Bunun üçün də həmçinin tribunallar yaradılmalıdır, çünki bu, əsas hüquqların pozulmasıdır, bir xalqın tərbiyəsini digərinə təlqin etməkdir”, – deyə Pavlyak vurğulayıb.
O bildirib ki, bu vəziyyət ona II Dünya müharibəsini xatırladıb. O zaman Lodzda Üçüncü Reyxin və Ümumi Hökumətin tərkibində olan ölkələrdəki uşaq evlərinin uşaqları üçün alman düşərgəsi yaradılmışdı.
Mənbə: Unn.com.ua
www.102info.az