Rusiyanın Kanadadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Kanadanın xarici işlər naziri Melani Coli özünün “Twitter” səhifəsində yazıb.
“Putin yenidən Ukraynanın mülki infrastrukturuna və Ukrayna vətəndaşlarına hücum edib. Bu, hərbi cinayətidir. Qəzəbimizi bilavasitə bildirmək üçün Rusiyanın Kanadadakı səfirini çağırdıq”, – deyə Coli bildirib.
“Bu gün və həmişə biz Ukrayna ilə həmrəyik”, – deyə nazir vurğulayıb.
Putin has yet again attacked Ukrainian civilian infrastructure and targeted Ukrainian civilians. This is a war crime.
We summoned Russia’s ambassador to Canada to convey our condemnation directly.
Today and everyday, we stand with Ukraine. https://t.co/TlkiuNpk8E
— Mélanie Joly (@melaniejoly) October 10, 2022
Mənbə: Ukrinform
www.102info.az