Baku TV-nin Ukraynadakı əməkdaşının çətin günü – VİDEO

Dünya

“Demək olar ki, müharibənin 8-ci ayı tamam olur. Hələ də jurnalistlər təhlükəsizliklərini özləri təmin edirlər”.

Bunu Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov jurnalistlərin qarşılaşdığı çətinliklərdən danışarkən deyib.

O bildirib ki, hərbi rejimdə qadağaların çoxluğu ilə əlaqədar istənilən yerdən canlı yayım həyata keçirmək, hadisə baş verən anda dərhal onu işıqlandırmaq mümkün olmur. 

“Cəbhə bölgəsində çəkiliş etmək daha asandır. Amma şəhərin sıx yerində partlayış olanda, yaxud başqa hadisələr baş verəndə onu işıqlandırmaq çətin olur”, – deyə jurnalist əlavə edib.

M.Aslanov ötən gün canlı yayıma qoşulmaqla bağlı yaşadığı problemdən danışarkən qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları təhlükəsizlik məqsədilə ərazidəki jurnalistləri sorğu-sual edirlər.

Ətraflı videonu təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir