Rusiyada təhsil müəssisələrində işçi və tələbələrdən gözlənilməz tələb – FOTO

Dünya

Rusiyanın Nijni-Novqorod vilayətində təhsil idarəsi məktəb, kollec və universitetlərdən xarici internet xidmətlərindən istifadənin dayandırılmasını tələb edib.

Rəsmilər bunu təhlükəsizlik səbəbi ilə izah ediblər.

Bildirilir ki, tələbələr və işçilər “Skype”, “WhatsApp”, “Twitter” və digər xarici xidmətlərdən istifadə etməsələr, daha yaxşı olar. Maraqlıdır ki, Rusiyanın “VKontakte” holdinqinə məxsus olan ICQ meseceri də “qara siyahıya” düşüb.

Qeyd edək ki, mart ayında oxşar tədbirlər Sankt-Peterburq təhsil komitəsi tərəfindən tətbiq edilib. Onlar bunu mümkün kiberhücumlarla əlaqələndiriblər.

Mənbə: “BAZA” “Telegram” kanalı

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir