Rusiyalı hərbçilər Xerson vilayəti və Krıma iranlı təlimatçılar gətiriblər.
Təlimatçılar İran istehsalı olan “Şhahed-136” dron-kamikadzelərini işə salmaq üçün gətirilib.
Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzinin saytında məlumat verilib.
“Məlumata görə, iranlılar Jeleznıy port, Qladovsı (Xerson vilayəti) və Cankoy (Krım) qəsəbələrində yerləşiblər. Onlar rusiyalılara dron-kamikadzelərdən istifadə etməyi öyrədirlər. Həmçinin dronların Ukraynanın mülki obyektlərinə, xüsusilə də Nikolayev və Odessaya buraxılmasına birbaşa nəzarət edirlər. Təlimatçılar rusiyalıların işğal zamanı ələ keçirdikləri binalarda yerləşiblər”, – deyə məlumatda qeyd edilir.
Eyni zamanda mərkəzdən xatırladılıb ki, İran Rusiya Federasiyasının müharibədə fəal şəkildə istifadə etdiyi pilotsuz təyyarələrin tədarükünü rəsmən rədd edir.
Mənbə: İnterfaks-Ukrayna
www.102info.az