Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyev öz “Facebook” səhifəsində “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı ilə fotosunu yerləşdirib.
“Akıncı” bizimdir. Sağ olsun qardaş xalq”, – deyə o, paylaşımını şərh edib.
Bəzi məlumatlara görə, fotolar Türkiyədə çəkilib.
Sosial şəbəkə istifadəçiləri hakimiyyətin yeni dronlar əldə etmək niyyətində olduğunu iddia ediblər.
DMTK-nin mətbuat mərkəzi daha sonra məsələ ilə bağlı şərh verəcəyini vəd edib.
www.102info.az