Artemida 1 (Artemis-1) missiyasının tərkib hissəsi olaraq, “Orion” kosmik gəmisi ilə birlikdə “Space Launch System” (SLS) super ağır daşıyıcı aparatının Aya buraxılması üzrə növbəti cəhd noyabrın 14-nə planlaşdırılıb.
Bu barədə çərşənbə günü Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.
Raketin Con Kennedi Kosmik Mərkəzindən buraxılışı yerli vaxtla saat 12:07-də (Bakı vaxtı ilə 21:07) həyata keçiriləcək.
Qeyd edək ki, raketin buraxılması üzrə sonuncu cəhd sentyabrın 27-nə nəzərdə tutulsa da, Floridaya yaxınlaşan “Yan” qasırğası səbəbindən mütəxəssislər buraxılışı ləğv ediblər. Bundan əvvəl isə NASA avqustun 29-u və sentyabrın 3-də “Orion”un buraxılışını təşkil edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.
Əgər budəfəki buraxılış uğurlu olarsa, “Orion” kosmik gəmisi dekabrın 9-da Yerə qayıdacaq və Sakit Okeana düşəcək.
Mənbə: TASS
www.102info.az