Bayden oğlunun İraqda öldüyünü dedi

Dünya

ABŞ Prezidenti Co Bayden Kolorado ştatında çıxışı zamanı oğlunun İraqda öldüyünü deyib.

Bayden xatırladıb ki, İkinci Dünya Müharibəsində iştirak edən ABŞ hərbçiləri Koloradoda təlim keçib, daha sonra o, oğlu barədə danışmağa başlayıb:

“Sadəcə təsəvvür edin. Mən bunu səmimi deyirəm. Mən bunu Bürünc Ulduz alan və İraqda həyatını itirmiş bir insanın atası kimi deyirəm. Onların yaşadıqları cəsarəti təsəvvür edin”.

Baydenin böyük oğlu Bo 2008-2009-cu illərdə İraqda xidmət edib. 2015-ci ildə o, xəstəxanaya yerləşdirildikdən sonra beyin xərçəngindən 46 yaşında vəfat edib.

Baydenin sözlərinə görə, oğlunun onkoloji xəstəliyinə səbəb ABŞ hərbi bazalarında, o cümlədən İraqda tullantıların yandırılması zamanı buraxılan zəhərli maddələrə məruz qalma ola bilər.

ABŞ lideri dəfələrlə ictimai çıxışlarda səhvlərə yol verib: o, sözləri, adları və mövqeləri qarışdırıb, bu da ətrafındakıların çaşqınlığına və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Mənbə: Fox News

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir