Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə beynəlxalq təşkilata çevrildi

Dünya

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) Zirvə Toplantısının iştirakçıları forumun beynəlxalq təşkilata çevrilməsi ilə bağlı bəyanat qəbul ediblər.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada AQFETM sammitində deyib.

“Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin transformasiyası ilə bağlı Astana bəyanatı qəbul edilmiş hesab olunur”, – deyə o bildirib.

AQFETM-in mətbuat xidməti qeyd edib ki, söhbət forumun statusunun dəyişdirilməsindən və beynəlxalq təşkilata çevrilməsindən gedir.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir